Ana səhifə / Siyasət / Hacı Elçin Manafov vəzifəsindən istefa verdi

Hacı Elçin Manafov vəzifəsindən istefa verdi

AİP İdarə Heyəti sədr əvəzi postunu Hacı İlham Əliyevə həvalə etdi

İslaminsesi.org-n verdiyi məlumata görə, bu gün Azərbaycan İslam Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirildi.
Toplantıda əsas məsələ quruma sədr əvəzi kimi rəhbərlik edən, partiyanın 2011-ci ildən bəri məhbus həyatı yaşayan sədri Hacı Mövsüm Səmədovun səlahiyyətlərini həyata keçirən Hacı Elçin Manafovun tutduğu vəzifədən istefası oldu.
Taoplantıda müəyyən məsələlər barədə müzakirə aparıldıqdan sonra Hacı Elçin Manafov fikrini açıqladı.
O, ölkə miqyasında, siyasi partiya rəhbərliyindən mərhum Hacı Əlikram Əliyevdən başlanan istefa vermək mədəniyyəti ənənəsinə sadiq qalaraq bu yüksək postu təhvil verdi.
Toplantıda çıxış edənlər vurğuladılar ki, Hacı Elçin Manafov 2011-ci ilin yanvar ayından partiyanın sədr əvəzi vəzifəsini çiyninə götürmüşdü. Toplantıda qeyd olundu ki, çətin bir məqamda, qurum rəhbərinin saxta ittihamlarla həbs olunduğu, partiyaya basqıların baş aldığı, təhdidlərin davam etdiyi bir zamanda AİP-ə rəhbərliyi üzərinə götürən E.Manafov partiyanı qorumağa, möhkəmləndirməyə nail ola bildi.
Partiyanın İdarə Heyəti E.Manafovun istefasını qəbul edərək, məsləhət, məşvərətdən sonra qurumun rəhbərliyinə sədr əvəzi vəzifəsini Hacı İlham Əliyevə həvalə etdi.
Xatırladaq ki, Hacı İlham Əliyev bir müddət öncə AİP-ə sədrinin birinci müavini kimi dəvət və təyin olunmuşdu. İ.Əliyev də öz növbəsində sədr əvəzi kimi bu məsuliyyətli, çətin və eyni zamanda şərəfli bir vəzifəni qəbul etməklə yüksək etimada görə İdarə Heyətinin üzvlərinə minnətdarlığını bildirdi.
Sonda toplantı iştirakçıları 5 il ərzində vəzifəsini şərəflə yerinə yetirən Hacı Elçin Manafova təşəkkürünü ifadə etdi. Çıxış edənlər sədr əvəzi səlahiyyətlərini üzərinə götürən Hacı İlham Əliyevə də bu şərəfli, çətin, həm də müqəddəs vəzifəni həyata keçirməkdə müvəffəqiyyətlər arzuladılar.
Bununla da toplantıya yekun vuruldu.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın