Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik” – Ayaz Mütəllibov

“Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik” – Ayaz Mütəllibov

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov xalqa müraciət edib.
O, Modern.az-a açıqlamasında hər kəsi Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb:
“Xalqımıza müraciət edirəm. Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Bu gün erməni təcavüzkarlarına dərs verməyin zamanıdır. Bir olaq və güclü olaq!”
Eks prezident qələbənin bizimlə olacağını deyib: “Ordumuza bu savaşlarda uğurlar arzulayıram. İnanırıq ki, ordumuz öz sözünü deyəcək və düşməni əməli ilə susduracaq. Buna şübhə etmirəm. Qələbə bizim olacaq”.
Ayaz Mütəllibov Ermənistanın təxribatlarının sonu olmadığını bildirib: “Paşinyanın çıxışları təxribatdan başqa bir şey deyil. Ermənistanın həyata keçirdiyi təxribatların sonu yoxdur. Ermənistan üçün bu təxribatların axırı pis olacaq. Əminəm ki, müharibənin bu şiddətli vaxtında qələbə bizimlə olacaq”.
Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hazırda cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …