Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib” – Çavuşoğlu

“Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib” – Çavuşoğlu

Uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırım ermənilər tərəfindən yaxın tarixdə Xocalıda törədilib.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Baş katibi Hadi Süleymanpur ilə birgə Antalyada keçirdiyi mətbuat konfransında deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: “Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb. Həqiqi soyqırımı axtaranlar YPG/PKK terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxsalar yaxşıdır”. Azvision.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …