Ana səhifə / Siyasət / “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur” – Lavrovdan Qarabağ açıqlaması

“Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur” – Lavrovdan Qarabağ açıqlaması

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib.

Bu barədə Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı qeyd edib.

“Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu hiss olunur. Bu kədərlidir”, – deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

“İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün narahatlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu və ya digər üsulu dəstəkləyəcəklərini öyrənmək… Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, – deyə S.Lavrov bildirib.  /Oxu.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …