Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hələki, manevrlər etməklə, Paşinyan əsas mövzudan yayına bilir – TƏHLİL

Hələki, manevrlər etməklə, Paşinyan əsas mövzudan yayına bilir – TƏHLİL

İnqilabın nailiyətlərindən hökümət tərəfdarları korrupsiya ilə mübarizədə bir ildə əldə olunan  nailiyətlərdən danışırlar. Bununla nailiyyətlər bitir. Tənqidçiləri Paşinyanın meydan vədlərini xatırladır, sosial vəziyətin daha da ağırlaşdığını, ölkədən miqrasiya axınının azalmamasını, vəd olunan repatriasiyanın baş verməməsini, fərqli siyasi düşüncəyə dözümsüzlüyü, hökümətin qeyri-peşəkarlığını, islahatlar proqramının olmamasını, korrupsiya ilə mübarizənin isə siyasi rəqiblərinə qarşı “keçid hüququ” adı altında kriminal şoulardan ibarət olduğunu önə çəkirlər.

Paşinyanın Ermənistan iqtisadiyatına iri Qərb investisiyalarını cəlb etmək cəhdləri nəticə vermir. Avropada Paşinyana deyirlər ki, Ermənistan iqtisadiyatının investisiyalara maraqlı olan sahələri çoxdan Rusiyanın inhisarındadır. Ermənistan sənayəsinə investisiya yatırmaq, Rusiya iqtisadiyatına maliyə yatırmaqdır. Rusiyanı isə Qərb sanksiyalarla boğur. Buna görə, Qərb Ermənistana yalnız sosial xərclərə yardım təklif edir. Bununla, “iqtisadi inqlab” ideyaları arzu və istəklərdə qalır. Geniş spektr sırasında erməni mətbuatında Sarqsyanın, hakimiyəti Paşinyana hansı “razılaşma” əsasında gözlənilmədən təhvil verdiyi də müzakirə olunur. 
“Sarqsyanla 20 illik dostluqa baxmayaraq”, istefa qərarına gəldiyi barədə Putinə məlumat vermədiyinə görə Putin erməni inqlabını Rusiyaya qarşı “zaqovor” hesab edir. Razılaşaq ki, Sarqsyan Rusiyanın vassalı kimi də bunu etməliydi və Rusiyanın şübhələrinin yeri var. 
İnqlabın, Qarabağ məsələsinə real təsiri ermənilərin vaxt qazanması olmuşdu. 
2015-ci ildən təmas xəttində artıq artilleriya işə salınmışdı. Dekabrda prezidentlərin görüşünün nəticələri barədə Uorlik öz tvitterində, “prezidentlərin görüşü 2016 ildə danışıqlar və nizamlanma işin davam etdirilməsi  uğrunda badələr qaldırmaqla bitdiyini”, yazmışdı.
Ardınca 2016-cı ilin aprelində “4 günlük müharibə” baş vermişdi. “Apreldən” sonrakı iki görüş atəşkəsə monitorinq vasitələrinin gücləndirilməsi mövzusunda keçirilib. Azərbaycan isə “substantive”(predmet üzrə) danışıqların keçirilməsini tələb edirdi. Ancaq danışıqlar üçün mövzu qalmamışdı. 22 il ərzində Koçaryanla və Sarqsyanla Qarabağ həlli yollarının bütün variantları müzakirə olunmuş, danışıqlar potensialı tükənmişdi.
2018-ci ilin əvvəlində ABŞ-ın “Stratfor”, Rusiyanın “Strateji araşdırmalar institutu” kimi  beynəlxalq analitik mərkəzlər Qarabağda iyun ayında müharibənin başlaya biləcəyini pronozlaşdırırdılar.  Üstəlik, Azərbaycanda 2018 il prezident seçkilərinin gözlənilmədən, Ermənistanda parlament seçkilərindən irəli, aprelin 11-ə salınmasını da erməni ekspertlər, Azərbaycanın müharibə hazırlıqları ilə izah edirdilər.
Sarqsyanın istefasında müharibəni uzaqlaşdırmaq motivini əsas hesab etmək obyektiv olmazdı. Baxmayaraq ki, “aprel” Sarqsyanı və generaliteti gözdən salmışdı, o, Qarabağın Ermənistana birləşməsini öz həyat missiyası hesab edirdi. Razılaşma Sarqsyanın şəxsi toxunulmazlığı qarantiyası daxil olmaqla, müharibə ehtimalının qeyri-müəyyən müddətə uzadılacağına hesablana bilərdi. Bu versiyanı bizim ekspertlər, o cümlədən, hərbi ekspert Tarlan Eyvazov həmin günlər irəli sürmüşlər. İstənilən erməni hakimiyəti, o cümlədən Paşinyan hakimiyəti üçün əsas sınaq Qarabağ məsələsidir. Hələki, manevrlər etməklə, Paşinyan əsas mövzudan yayına bilir. Dağlıq Qarabağı danışıqlara cəlb etmək ideyasının vasitəçilər tərəfindən yekdilliklə rədd edilməsi Paşinyanın ilk ciddi məğlubiyəti hesab edilir. Danışıqlar formatını “qapıdan girib”, dəyişdirmək alınmayanadan sonra erməni baş nazir, “pəncərədən girməklə” hədəfə yaxınlaşmaq istəyir. O, Azərbaycan üçün xüsusi həssaslığı olan, Xankəndində saxlanan girovlaramızın  məsələsini önə çəkməklə, qondarma “DQR”-i humanitar sahədə olsa belə, prosesə qoşmaq cəhdlərindən qalmır. 
Paşinyanın Qarabağ nizamlanmasında reflektor addımlardan, Dağlıq Qarabağı tanıtdırmaqdan ötrü danışıqlara cəlb etməkdən və xalqı, Qarabağı təslim etməyəcəyinə inandırmaqdan başqa xətti izlənmir. Erməni tərəfin bildirdiyinə görə, danışıqlar hər-hansı konkret sənəd ya təkliflər əsasında aparılmır. Humanitar sahədə qarşılıqlı addımlar kontekstində həmsədrlərin, jurnalistlərin gedib-gəlmək təklifi “xalqların sülhə razı salınması” çağırışı kimi tezliklə unudulacaq. Lakin erməni jurnalistlərin Azərbaycana gəlib, xalqın Qarabağ iradəsini gözləriylə görüb, öz auditoriyalarına çatdırılmasında mənfi bir şey yoxdur. 
Yeni Ermənistan hakimiyətinin bütün daxili və xarici manevrlər imkanlarını nəzərə alsaq və daxildə gözlənilməz hadisələr baş verməsə, danışıqlar daha bir il nəticəsiz uzana bilər. Bu vaxtı tərəflər ilk növbədə müharibə hazırlıqlarına sərf edəcəklər.Nazim Bayram, Hərbi icmalçı

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …