Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat

Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat

Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.

“Azərsu” ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: “Anar Nəzərəliyev 4 il əvvəl “Azərsu” ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb”.

Qeyd edək ki, yayılan məlumatlara görə, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları həbs ediblər.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın