Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Guya mənə ev veriblər, özü də spikerlə qonşuluqda” – Hadi Rəcəbli

“Guya mənə ev veriblər, özü də spikerlə qonşuluqda” – Hadi Rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Deputat Hadi Rəcəbli Facebook səhifəsində yazıb ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub.

“2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar başlamaz yeni bir qarayaxmanın şahidi olduq. Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları,sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar.

Və bu baş tutmadığı halda niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. İndi də fantaziya ona çatıb ki, guya Hadi Rəcəbliyə mənzil veriblər. Özü də Oqtay Əsədovla qonşuluqda.
Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, facebook səhifələrində yayılıb. Hətta etikadan kənar şərhlərlə müşayiət olunub”. (AzVision.az)

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın