Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Gürcüstanın baş nazirinə etiraz aksiyasında çıxış etməyə imkan verilmədi

Gürcüstanın baş nazirinə etiraz aksiyasında çıxış etməyə imkan verilmədi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə kütləvi aksiyanın keçirildiyi parlamentin qarşısına gəlib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, o, aksiya iştirakçılarına müraciət edib.

“İlk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi, mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq”, – deyə baş nazir bildirib.

Amma aksiya iştirakçıları baş nazirə müraciətini bitirməyə imkan verməyiblər.

G. Kvirikaşvilinin mühafizəsi onu aksiya keçirilən ərazidən uzaqlaşdırıb.

**

00:04

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiyada baş nazir Giorgi Kvirikaşvili və hökumətin istefası tələb olunub.

Tələbi ötən ilin dekabrında Tbilisidə qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze səsləndirib.

O, Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə dəstəyə görə təşəkkür edərək, onu aksiyaya qoşulmağa çağırıb.

Z. Saralidze qeyd edib ki, baş prokuror İrakli Şotadze istefa versə də, oğlunun qatilləri cəzalandırılmayıb: “Sistem bizə müharibə elan edib. Biz sistemi dağıdacağıq. Kvirikaşvilinin hökuməti sistemi qoruyur”.

Aksiyanın gecə saatlarında da davam etdiriləcəyi gözlənilir.

**

22:30 /31.05/

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.

APA-nın məlumatına əsasən, aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.

“Məni qətlə yetirmə” şüarlı aksiya öncə Baş Prokurorluğun qarşısında Tbilisi Şəhər Məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.

Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdiriblər. Onlar Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefasını tələb edirlər.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi Şəhər Məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …