Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gürcüstandakı kazino kralı olan tikinti maqnatımızın şok macəraları…

Gürcüstandakı kazino kralı olan tikinti maqnatımızın şok macəraları…

Millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda fəaliyyəti qadağan edilmiş kazinolara yaşıl işıq yandırılmasının zəruriliyi haqqında parlamentin martın 4-də keçirilən iclasında səsləndirdiyi təklifdən sonra tanınmış iş adamı və ölkə mediasında qalmaqallar kralı kimi ad çıxarmış tikinti maqnatı Hacı İbrahim Nehrəmlinin bu təklifi dəstəkləyərək “kazino olsa ölkəyə milyardlar gətirərəm” açıqlaması hələ də gündəmi məşğul etməkdədir.

 

Amma etiraf edək ki, təklifin təkrarən parlament tribunasından səsləndirilməsi daha ciddi rezonans doğurdu və bir neçə gün medianın əsas mövzularından birinə çevrildi. Millət vəkilinin parlamentdə səsləndiridiyi fikri təqdim edirik:

“Burada mərc oyunları ilə bağlı məsələ də qeyd olundu. Mən, bunu dəstəkləyirəm. Amma idman mərc oyunları da elə qumarın bir formasıdır. İnsanlar bəxtlərini sınayırlsar. Mən özüm vaxtilə mərhum Prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar qadağan olunanda bu siyasəti tam dəstəkləmişdim. Amma indi ölkənin maliyyə durumu belədir ki bundan istifadə etmək mümkündür. Burada qonşu ölkə Gürcüstanın təcrübəsinə də nəzər salmaq olar. Gürcüstanın Batumi bölgəsi kazinoları hesabına çoxsaylı turist cəlb edir. Türkiyədən, İrandan, Azərbaycandan ora turistlər gedir. Düşünürəm ki, Azərbaycanın turist bölgələriundə də belə kazinoların yaradılmasına icazə verə bilərik. Həta ilkin mərhələdə ola bilər ki, biz, Azərbaycan vətəndaşlarına bunu qadağan edə bilərik. Məsələn Malayziyada yerli sakinlərə kazinolara getmək qadağandır. Yalnız xaricilər gedib həmin kazinolarda oynaya bilərlər. Onu da bilirik ki, əksər hallarda kazinolara gedənlər öz ölkələrində deyil, bunun üçün başqa ölkələrə səfər edirlər. Ona görə də bizim Türkiyədən, İrandan, elə Gürcüstanın özündən çoxsaylı turist cəlb etmək imkanımız var. Hesab edirəm ki, hökumət də bu barədə düşünməlidir. Azərbaycanın özündən də çoxsaylı insanlar başqa ölkələrə kazinolarda oynamaq üçün turist səfərləri edirlər. Nəzərinizə çatdıırım ki, hətta bu işi təşkil edən ayrı-ayrı turizm mərkəzləri var. Onun üçün mən təklif edirəm ki bunun da üzərində düşünmək lazımdır. O pulları aparıb xaricdə uduzunca, elə burada uduzsunlar. Onsuz da kazinoda udan olmur, burada uduzsalar, heç olmasa iqtisadiyyatımızın inkişafına töhfə verilər”.

Moderator.az tanınmış vəkil Bəhruz Bayramova istinadən millət vəkili Qüdrət Həsənquliyevin kazinolarla bağlı təklifinin aktuallığını sübut edən sensasion məlumat əldə edib. Gürcü əslli hüquqşünas dostları vasitəsilə əldə etdiyi məlumatı saytımızla bölüşən vəkil deyir ki, azərbaycanlı məmur-oliqarxların, onların yaxın ətrafı və ailə üzvlərinin, adı dillər əzbəri olan məmurların harın övladlarının Gürcüstan kazinolarındakı macəraları bu ölkədə dillər əzbəridir və ölkənin nəinki xüsusi xidmət orqanları, hətta mediası da onların kimliklərini bilirlər, amma bunu ictimailəşdirməyi bəlli səbəblərdən istəmirlər…

Yeri gəlmişkən, son dövrlər Azərbaycanda çox məşhur tikinti şirkətlərindən birinin sahibi Gürcüstanın “milli qəhrəmanı”na və “Məşədi İbad” tamaşasında deyildiyi kimi “pul kisəsi”nə çevrilib. Belə ki, iddialara görə son bir neçə il ərzində həmin tikinti “boss”u Gürcüstan kazinolarında on milyonlarla dollar pul uduzumaqla bu ölkənin büdcəsinin formalaşmasında özünəməxsus pay sahibi olmaqla yanaşı ömrünün sonunadək bu ölkədə xüsusui statuslu persona titulu qazanıb.
Sən demə, 10 ildən artıq həmin kazinonun səxavətli müştərisi olmasına görə ona qızıl kart deyilən bir kart hədiyyə edilib və həmin kartla qumarbaz soydaşımız ömrünün sonunadək kazinonun yerləşdiyi otelin pulsuz lüks nömrəsinə və hər cür xidmətindən pulsuz istifadə etmək hüququna sahiblənib. Yəni uduzduğu məbləğ o qədər astronomik rəqəmlərlə ifadə olunub ki, otel rəhbərliyi onun bu “lütfkarlığı”nın qarşısında borclu qalmamaq üçün belə bir jest edib…

Həmin zavallının kimliyi bizə bəlli olsa da onun adını açıqlamağa lüzum görmürük. Amma vəziyyətin hansı miqyasda olmasını sübut etmək üçün bu olayı oxucularla paylaşmağı vacib hesab edirik.

Bizi izləyin və Grücüstandakı həmkarlarımız tərəfindən bizə şok video-foto materiallar göndəriləcəyini söz veriblər…

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın