Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanın “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyalarından olan müxalifətçi deputatlar spiker İrakli Kobaxidzenin istefasını tələb edirlər. Buna səbəb rusiyalı deputat Sergey Qavrilovla bağlı qalmaqaldır.

“Vahid milli hərəkat” partiyasından deputat David Bakradze bildirib ki, rusiyalı deputatın hərəkətinə, yəni parlament spikerinin kürsüsündə oturmasına görə hökmən siyasi məsuliyyət olmalıdır.

“Biz parlamentin rəhbəri İrakli Kobaxidzeni məsuliyyəti üzərinə götürüb istefa verməyə çağırırıq. Əks halda impiçment prosedura başladacağıq və onu sona çatdıracağıq”, – Bakradze deyib.

Kobaxidze isə hazırda Azərbaycanda rəsmi səfərdədir. O, Bakıda iki ölkə arasında sərhəd mübahisəsi də daxil olmaqla aktual məsələlərlə bağlı gərgin danışıqlar aparmalıdır.

*   *   *14:56

Dünən Tbilisidə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, Assambleyanın prezidenti Sergey Qavrilovun hərəkəti olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Vahid Milli Hərəkat Partiyasının deputatı Tina Bokuçava artıq məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatında o, “Gürcü Arzusu”nun “Rusiya Arzusu” olduğunu bildirib. Bokuçava bunun Gürcüstan üçün təhqir olduğunu deyib.

“Gürcü Arzusu” Partiyasından olan deputat Arçil Talakvadze də rusiyalı deputatın bu addımına reaksiya verib. O, konfransın dərhal bitməsini və rus deputatların Gürcüstanı tərk etməsini istəyib.

Bununla bərabər parlamentdə rus deputatlara daha sərt şəkildə Avropa Gürcüstanı Partiyasının deputatı Akakiy Boboxidze müraciət edərək, onların üstünə su atıb: “Abxaziya, Samaçablo haradadır? Rədd olun bu ölkədən!”.

Bu gün isə Vahid Milli Hərəkat Partiyası və Avropa Gürcüstanı Partiyasının deputatları parlamentdə spiker tribunasını zəbt edərək aksiya keçiriblər. Onlar baş verənlərdə hökuməti ittiham edərək, Qavrilovun iclasa qatılmamasını istəyiblər.

Deputatlarla bərabər parlament binasının qarşısında da aksiya təşkil olunub.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyası 1993-cü ildən mövcuddur. Assambleya Yunanıstanın təşəbbüsü ilə yaradılıb. Budəfəki assambleyada Azərbaycanı deputat Mixail Zabelin təmsil edir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …