Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Gürcüstanda qadın namizəd liderdir – “Exit-pol”un nəticələri+Yenilənib

Gürcüstanda qadın namizəd liderdir – “Exit-pol”un nəticələri+Yenilənib

Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ölkədə bütün səsvermə məntəqələri bağlanıb və səslərin hesablanmasına başlanılıb. Prezident olmaq üçün 25 nəfər namizədliyini irəli sürüb.

Əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

***

20:44

Gürcüstanda prezident seçkiləri ilə bağlı “exit-pollar”ın nəticələri açıqlanıb. “Rustavi 2” kanalının sifarişi ilə “Edison Research”in keçirdiyi “exit-pol”a əsasən, namizədlər Salome Zurabişvili ilə Qriqol Vaşadzenin hər biri 40%, David Bakradze isə 10% səs toplayıb.

***

Gürcüstanda prezidentliyə namizəd Salome Zurabişvili seçicilərin 52,3% səsini toplayıb. Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə “exit-pol”un nəticələrində bildirilir. Onu 28,1% səslə Qriqol Vaşadze, 9,2% səslə David Bakradze müşayiət edir. Zurabişvili açıqlamasında Mərkəzi Seçki Komissiyasının nəticələrlə bağı açıqlamasını gözləməyi məsləhət bilib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …