Ana səhifə / Siyasət / Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib

Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir: “İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.

“Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə opponentlərini süni şəkildə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, rayonda seçki prosesi ciddi qanun pozuntusu olmadan, sakit şəraitdə keçir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …