Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Gürcüstanda baş verən proseslərin sonu necə olacaq? – ŞƏRH

Gürcüstanda baş verən proseslərin sonu necə olacaq? – ŞƏRH

“Gürcüstanda baş verən proseslərin sonu ilə bağlı fikir söyləmək çətindir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılmasından danışarkən deyib. Onun sözlərinə görə, baş verən proseslər Gürcüstanın daxili işidir:
“Gürcüstanda hakimiyyətdə olan partiyaya qarşı güclü müxalif qüvvələr mövcuddur. Saakaşvilinin bu prosesə aktiv şəkildə qoşulması onu göstərir ki, artıq bu qüvvələr siyası böhranı daha da dərinləşdirib hansısa dəyişikliklərə nail olmaq siqnalı verirlər. İşlərin necə olacağını demək çətindir. Amma Azərbaycan istər indiki hakimiyyəti, istərsə də Saakaşvilini dəstəkləyən qüvvələrlə həmişə dost münasibəti saxlamışıq”.
Tofiq Zülfüqarov hesab edir ki, Gürcüctan stabil inkişaf yolu keçən bir ölkədir və qonşu kimi Azərbaycanın əsas partnyorudur:”İstəyirik bu böhran tez həllini tapsın”.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …