Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Gürcüstanda azərbaycanlılar yaşayan kəndin sakinləri etiraz aksiyası keçirib

Gürcüstanda azərbaycanlılar yaşayan kəndin sakinləri etiraz aksiyası keçirib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra hakimiyyətinin binası qarşısında Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar kənddə içməli və suvarma suyunun olmamasına etirazlarını bildiriblər.
Etirazçıların sözlərinə görə, Algeti Vinsovxoz kəndi illərdir içməli və suvarma su ilə təchiz olunmur. Kənd sakinləri içməli suyu evlərə qonşu kəndlərdən gətirdiklərini və ya satın aldıqlarını bildiriblər.
Marneuli rayonunun icra başçısı Zaur Darğallı etirazçıları qəbul edib və kəndə su xəttinin çəkilməsi üçün vəsaitin ayrıldığını deyib.
O bildirib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər həyata keçiriləcəyi planlaşdırılıb.
Rayon rəhbəri ilə görüşdən sonra etiraz aksiyası başa çatdırılıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …