Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gürcüstan XİN başçısı:“Strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”

Gürcüstan XİN başçısı:“Strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”

“Bu gün mənim müavinim azərbaycanlı həmkarı ilə görüşüb. Bu, komissiyanın iclası deyil, həmsədrlərin ilk görüşü olub”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycanla sərhəd məsələsi ilə bağlı bu gün Bakıda keçirilmiş görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan və Azərbaycan tərəfləri daima əlaqə saxlayırlar.

Nazir ictimaiyyəti bir daha məsələ ətrafında emosional çıxışlar etməməyə çağırıb: “Yaranmış vəziyyətdən digər tərəflər istifadə etməməlidirlər. Ölkəmizin əraziləri işğal altında olarkən strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”. /ReportWhatsAppFacebookFacebook MessengerTwitterРесурс

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …