Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda

Gürcüstan Prezidenti Keşikçidağla bağlı vəziyyət haqda

“Gürcüstan Prezidenti hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın sakit və effektiv mühitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.

Bunu Gürcüstan Prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə deyib.

“Hər kəs razıdır ki, Gürcüstanın inkişafı və bizim götürdüyümüz kurs üçün müəyyən edilmiş sərhədlər lazımdır. Təbii, Gürcüstan Prezidenti də hesab edir ki, komissiyaya işləmək imkanı verilməlidir. Əlbəttə ki, bunun bu gün və ya sabah baş verəcəyi ilə bağlı heç kimdə illüziya yoxdur. Ancaq komissiyanın əldə etmək istədiyimiz nəticəyə nail olması üçün dinc və səmərəli mühitdə işləmək imkanı olmalıdır”,-deyə Xatia Moistsrapişvili bəyan edib.

Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ (David Gareci) kompleksinə  gedən yolu bağladığını bildirmişdi. Bu məlumatı şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva, rəsmi Bakının hər zaman Azərbaycan-Gürcüstan sərhədinin ən qısa müddətdə delimitasiyasının tərəfdarı olduğunu bəyan etmişdi”,- deyə X. Moistsrapişvili vurğulayıb.

İyulun 14-də Gürcüstan vətəndaşları Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsinə qarşı insident törətdilər. Azərbaycan Xarici İşlər Nazirliyi, Şəmkir sərhəd dəstəsinin Keşikçi Qala xidmət stansiyası bölgəsində baş vermiş bu hadisə ilə əlaqədar Gürcüstanın Bakıdakı səfirindən izahat tələb etdi. Virtualaz.org

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …