Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Gürcüstan parlamentinin sədri: “Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq”

Gürcüstan parlamentinin sədri: “Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq”

“Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Lakin əminik ki, dost ölkə olan Azərbaycanla birgə məsələnin uyğun həll yolunu tapacağıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.

O deyib ki, iki ölkə arasında məsələ ilə bağlı danışıqlar aparılır: “Parlament də daxil olmaqla, Gürcüstan tərəfi danışıqlarda fəal iştirak edəcək. Danışıqlarla iki dost ölkə arasında məsələnin həlli yolu tapılacaq”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …