Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Günel Mövludun qardaşı narkotiklə saxlanıldı

Günel Mövludun qardaşı narkotiklə saxlanıldı

Vəkil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunub.

Bunu virtualaz.org saytına Biləsuvar Rayon Polis Şöbəsindən bildiriblər. Amma işi araşdıran təhqiqatçı Bəhruz Muradovla əlaqə saxlasaq da o, bu barədə heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, Vəkil İmanov Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşıdır.

Oktyabrın 13-də yazarın qardaşları – Vəkil İmanov Biləsuvarda, Raci İmanov isə Sumqayıtda saxlanılaraq polis bölməsinə aparılıblar.

Onu da qeyd edək ki, Günel Mövlud ailəsi ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı.

İnarə Rafiqqızı

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın