Ana səhifə / Siyasət / Günel Mövlud qardaşlarının həbsinə münasibət bildirdi

Günel Mövlud qardaşlarının həbsinə münasibət bildirdi

“Bu həbslərin hədəfi Meydan.TV-dir”
 
Yazar Günel mövlud qardaşlarının həbsinə münasibət bildirib. 
 
Musavat.com-un məlumatına görə, bu barədə yazar öz facebook proflində status yazıb:

“Dostlar, baş verənlərlə bağlı çox danışmaq istəmirəm. Ən primitiv uşaq ağlına da aydındır ki, bu həbslərin hədəfi Meydan.TV-dir. İstəyirlər ki, Meydanla əməkdaşlıq edən olmasın.

Qohumlar vasitəsilə təzyiq edirlər. Mən Meydandan, Emindən, meydanla əməkdaşlıq edən insanlardan imtina etməyəcəm, uzaqlaşmayacam. Qardaşlarımın həbsi ağır xəstə olan iki valideynimi ölümlə üz-üzə qoyub. Bəli, mən qorxuram. Öz ailəmdən, uşağımdan, ailəmin belə dağılacağından, həyatımdan, doğmalarımın həyatından. Çox şey, hər şey edə bilərlər. Mən qorxuram və qorxu ən normal hissdir. Amma mən qorxa-qorxa öz işimə davam edəcəm. Bu, nə qəhrəmanlıqdır, nə də pafosdur. Başqa cür yaşamağı sadəcə bacarmıram. Mən “həyat və fəaliyyət” arasındakı “və” bağlayıcısını çoxdan, özüm də bilmədən ləğv etmişəm. Susa bilməyən – danışacaq. Bütün vicdanlı insanlara sevgilər!”
Qeyd edək ki, oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları – Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb.  Yazarın atası Vəzir İmanov oğullarının həbsinin Günellə bağlı olmadığını deyib. 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın