Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Günəşli”də xəsarət alan neftçilərdə psixi pozuntular yaranıb

“Günəşli”də xəsarət alan neftçilərdə psixi pozuntular yaranıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov və Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər.

Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın