Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Güc diplomatiyasının alətlərindən biri: Düşmənə nə, necə başa salınır? (ŞƏRH)

Güc diplomatiyasının alətlərindən biri: Düşmənə nə, necə başa salınır? (ŞƏRH)

“Hesab edirəm ki, bu, güc diplomatiyasının növlərindən, alətlərindən biridir. Kimsə nəyisə başa düşməyəndə qarşı tərəf öz imkanlarının balaca bir hissəsindən istifadə edib, o biri tərəfə nəsə başa salır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasına aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, bu yol ümumi mövzunun müzakirəsinə imkan yaradacaq və müxtəlif məsələlər öz həllini tapacaq:

“Azərbaycan bununla göstərir ki, belə də hərəkət edə bilər. İndi hesab edrəm ki, bu məsələ Xankəndidə nəzərdə tutulan siyasi mövzudur. Ya Azərbaycan hansısa birmənalı siqnallar verir, istədiyi hədəflərə çatıb, çünki yol açılıb, ya da yenə gündəmə bir mövzu da gətirilir. Əminəm ki, bu mövzu dəhlizlərə aiddir. Azərbaycan 10 Noyabr bəyanatına əsasən, imkan yaradır ki, Laçın eksterritorial dəhlizi yaransın və orada Rusiya sülhməramlıları təhlükəsizliyi təmin eləsinlər. Bildiyimiz kimi, dəhlizin müddəti 5 ildir. Amma eyni sənəddə göstərilir ki, Zəngəzura aid buna bənzər bir dəhliz olmalıdır, orada müddət göstərilməyib. Demək, müddətsiz dəhliz olmalıdır. Yəni dəhliz sözü olmasa da, onun eksterritorial xarakterini xüsusi ilə qeyd edən bənd var ki, orada nəzarəti Rusiya sərhəd qoşunları həyata keçirəcək. Biz görürük ki, Ermənistan bundan imtina edir. Paşinyan deyib ki, bu dəhliz kimi yox, sadəcə, bir kommunikasiya kimi işləniləcək. Burada bir məsələ ortaya çıxır ki, Ermənistan faktiki olaraq öz öhdəliklərindən qaçmaq siyasətini seçir”.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan bu istiqamətdə təzyiqləri təsbit olunmuş öhdəliklərin icrasını təmin eləmək üçün davam etdirəcək.
Qeyd edək ki, Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib. Ermənistanın Baş naziri Nikol Paşinyan bu tələbi qəbul edib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …