Ana səhifə / Siyasət / Grand Hospitalda ölümcül xəstəni pula görə girov saxladılar – Şikayət

Grand Hospitalda ölümcül xəstəni pula görə girov saxladılar – Şikayət

Son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb klinikalarının sayı artmaqdadır. Əksəriyyəti yüksək mənsəbli məmurlara, oliqarxlara aid olan bu tibb müəssisələri ilk vaxtlar insanlarda sevinc hissi doğururdu. Düşünülürdü ki, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız daha öz vətənlərində yüksək keyfiyyətli müalicə alacaqlar. Bu həm də hər il xaricə axıdılan milyonlarla vəsaitin ölkədə qalacağına əsas olmalı idi.

Ancaq çox təəssüf ki, özəl klinikalar ümidləri doğrultmadı. Yenə də hər il minlərlə insanlarımız Azərbaycan səhiyyəsinə etibar etməyərək xaricə üz tuturlar.

Buna səbəb isə özəl klinikalarda qiymətlərin çox baha olması və savadlı tibbi personalın yoxluğudur. Zamanla ölkə mediasının da tez tez işıqlandırdığı bu problemin həlli isə görünür hələ çox vaxt aparacaq.
BakuPress .az-a verilən məlumata görə qiymətləri “od tutub yanan” özəl tibb müəssisələrindən biri də Bakı şəhərində istifadəyə verilmiş “Grand Hospital”dır. İnformasiyaya görə, bir vaxtlar Gəncə və Sumqayıt kimi böyük şəhərlərə, indi isə Səbayel rayonuna başçılıq edən Eldar Əzizova məxsus olduğu iddia olunan bu qospitala ümumilikdə 70 milyon manat xərclənib. Təkcə tibbi avadanlıq və təchizatına 20 milyon manat xərclənmiş bu müəssisədə savadlı kadr kontingentinin yoxluğundan həmin avadanlıqlar toz basmış vəziyyətdədir.

Bu gün səhər saatlarında BakuPress Milli İnformasiya Agentliyinə Sumqayıt sakini Paşayev Pərvin adlı şəxsin şikayəti daxil olmuşdur.Şikayətçi bildirir ki,əmisi Paşayev Bəradər ürək çatışmamazlığından əziyyət çəkdiyinə görə Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasındakı həkim kardioloq Mətanət xanıma müraciət etmişdilər.Mətanət xanım xəstənin vəziyyəti ağır olduğunu bildirmiş və təcili əməliyyat olunmasını tövsiyə etmişdir.Mətanət xanım Grand Hospitala Ülvi doktoru əməliyyat üçün tövsiyə etmişdir.Xəstənin yaxınları hospitalda əməliyyat qiymətini soruşduqda Mətanət xanım 1800 Azn civarında olduğunu bildirmişdir.Axşam saatlarında ölümcül vəziyyətdə olan xəstə Paşayev Bəradəri Grand hospitala çatdırsalarda,hospitalda maraqlı hadisə ilə üzləşiblər.Burda deyiblər xəstə can hayında Grand hospital pul hayındadır.Xəstə ölümcül olsada Ülvi doktor 3000+1110+1110 ödəniş olunmasa əməliyyata girməyəcəyini bildirib.Çaşbaş qalan xəstənin yaxınları bilməyiblər nə etsinlər ölümcül xəstənin durumunu fikirləşsinlər yaxud pul axtasınlar…Əlacsız qalan xəstənin yaxınları xəstəni başqa hospitala aparmaq istəsələrdə hospitalda xəstəni yaxınlarına vermək üçün əlavə 100 Azn pul istəyiblər.Belə deyək Grand Hospital ölüdəndə pul istəyir.Hazırda xəstə başqa hospitalda əməliyyat olunur.Sonrakı taleyi bəlli deyil.”Grand Hospital” ölüm məkanıdır bu artıq bir neçə ölüm faktı ilə təsdiq edilib.Amma aidiyyəti orqanlar buna niyə göz yumur məlum deyil.Araşdırmamız davam edir.
Mövzuyla bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.

“BakuPress.az”

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın