Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Göyçay icra hakimiyyətinin başçısı fəhlələrin pulunu niyə vermir?

Göyçay icra hakimiyyətinin başçısı fəhlələrin pulunu niyə vermir?

Azinforum.az-a Göyçay rayon icra hakimiyyəti başçısı ilə bağlı şikayət məktubu daxil olub. Şikayət edənlər bildirirlər ki, onlar rayonun abadlığı və quruculuğunda iştirak edən fəhlələr olaraq bu günə  kimi də zəhmət haqlarını  ala bimirlər. İsmayılov Rəşad Vəfadar oğlu etdiyi şikayətdə bildirir ki, Dövlət Bayrağı Meydanı, Nar maketi və  başqa  20 -yə yaxın obyektlərdə çalışan fəhlələrə icra hakimiyyətinin 17.000 manat borcu var. Qeyd edək ki, fəhlələrlə icra hakimiyyəti arasında görüləcək işlərlə bağlı razılaşmanın olması və başqa sənədlər də redaksiyamıza təqdim edilib. Biz qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimiz üçün həmin materialları təqdim etmədik. Mövzuya qayıdacayıq…

 

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın