Ana səhifə / Siyasət / Görün, Məkkə ziyarətinə kimlər gedir!..

Görün, Məkkə ziyarətinə kimlər gedir!..

“…Lap tazə xəbərlərdən biri də odur ki, bir milyona ayı ətindən kabab yeyən cavanın əsl “vətənpərvər” atası Ziya Məmmədov Həccə getmək fikrinə düşüb. Nə gözəl niyyət, nə gözəl məram!”.

Bunu “Hürriyyət.az”da dərc olunan məqaləsində tarixçi, publisist Firuz Haşımov bildirib. O yazısında bildirib ki, Azərbaycanın orta əsr əmirlərinin, bəylərbəyilərinin yuxularına belə girməmiş güzəranı görən Ziya Məmmədovdan bir həqir Allah bəndəsi kimi iki ricası var:

“Birinci ricam budur ki, gedəndə pak əməlləri ilə ad çıxarmış, amma qaçaq düşmüş “diplomatımız” Elmira Axundovanı özünüzlə götürün. Qoy orada ərəb şeyxlərinin şəninə kitabdan zaddan bağlasın, yəqin ki, burada olan kimi bir fəxri ada layiq görülər. Həm də oğlunun maşın kolleksiyası üçün birini də alar. 

Ziya ağa, o müqəddəs məkanda bütün vacibatları yerinə yetirərkən minacat qıl, qoy Allah sənə, əzizlərinə, qohum-əqrəbana ən ekzotik heyvanların xaşını yeməyi nəsib etsin. Qan içində çapalayan, Şuşası düşmən əlində olan Azərbaycanda oğlun ayı ətindən kabab yemək üçün bir milyon verirsə, siz də Məkkədən qayıdanda yolüstü Serenqetiyə baş çəkib, bir antilopa, ya da begemot bozartması sifariş verin. 

Çəkinib eləməyin, heç kim sizləri qınamayacaq, nə Anar ağanın qoşun-ləşkərindən, nə də özlərini millətin xilaskarı hesab edən YAP-ın “ideoloqlarından” cınqır da çıxmayacaq”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …