Ana səhifə / Siyasət / Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb

Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb

2015-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən 9206 hüquqpozma faktı aşkar edilib. 

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bunlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb. 213 fakt üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

2015-ci il ərzində Azərbaycan gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib. Valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 Avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub. Aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.

 

Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb
Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb
Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb
Gömrükdə qanunsuz 863 min dollar, 60 min avro aşkarlanıb

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın