Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Gömrük Komitəsinin işçiləri bir gecədə restoranda 2 milyon dollar hesab ödəyir”

“Gömrük Komitəsinin işçiləri bir gecədə restoranda 2 milyon dollar hesab ödəyir”

“Həm ABŞ-ın maraqları, həm də erməni lobbisinin fəaliyyəti üst-üstə düşür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, ABŞ hökumətinin Qarabağdakı separatçı quruma ayırdığı 2 milyon dollar maliyyə yardımı barəsində danışarkən deyib:

“Seçkilər yaxınlaşır, seçkidə səs qazanmaq, erməni amilindən istifadə etmək lazımdır. Ona görə də, senatorlar beynəlxalq hüquqa, insafa, ədalətə tüpürüb öz mənafeyləri naminə bu qərarı qəbul ediblər.

Onu da deyim ki, bölgədə gərginliyin artması Rusiya kimi, ABŞ-ın da marağındadır. İkisi də imperialist dövlətdir və maraqları suyu bulandırıb balıq tutmaqdır.

Ona görə də, Azərbaycan belə şeylərə fikir verməməli, öz siyasətini yavaş-yavaş yürütməlidir”.

Z. Əlizadə sonda özünəməxsus şərh verməkdən də çəkinməyib:

“Özlüyündə 2 milyon dollar nədir ki?! Gömrük Komitəsinin işçiləri bir gecədə restoranlarda o qədər hesab ödəyir”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …