Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gömrük generalı gölü hansı pulla inşa etdirib?

Gömrük generalı gölü hansı pulla inşa etdirib?

DGK-nın Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun Göyçayda hektarlarla əraziyə sahibləndiyi deyilir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bir müddət əvvəl bəzi kadr islahatlarına gedərək, bəzi məsul şəxsləri ya işdən çıxarıb, ya da onların yerlərini dəyişib. Balakən Gömrük Keçid Məntəqənin rəisinin dəyişdirilməsi, habelə Sumqayıt Gömrük İdarəsinin rəisini başqa bir posta keçirməsi bunun əyani misallarından biri sayılır.

JAM.AZ xəbər verir ki, Sumqayıt Gömrük İdarəsinin keçmiş rəisi, general-mayor Ehtiram Xəlilov bir müddət əvvəl vəzifəsindən alınaraq, başqa bir işə keçirilib. İlk olaraq belə bir təəssürat yaranmışdı ki, Xəlilovun işdən çıxarılması DGK daxilindəki qruplaşmalar arasında gedən mübarizənin nəticəsidir. Lakin sonradan onun Aksiz Gömrük İdarəsinin rəisi təyin edilməsi bu söhbətlərə son qoydu.

Amma Ehtiram Xəlilovun nəiki zəif biri olduğu, ümumiyyətlə, onun gömrük sistemində çox varlı bir şəxs kimi tanındığını bilməyən yoxdur. Əslən Göyçay rayonundan olan generalın böyük maddi imkanları, bahalı mülkləri mövcuddur.

Həmin məlumatlarda iddia edilir ki, idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərəzini alaraq, orada özünə böyük mülk salıb. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir.

Ehtiram Xəlilovun Çəpəkə kəndindəki həmin ərazisində özünə böyük bir göl salıb. Və orada bir xeyli tikinti işləri aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı isə bu qədər geniş imkana sahib olmaq mümkün deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın