Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Generalın və keçmiş icra başçısının oğlu, “Şərurlu İsfəndiyar” və…

Generalın və keçmiş icra başçısının oğlu, “Şərurlu İsfəndiyar” və…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər gəlməyib. Məhkəmə həmin şahidlər barədə məcburi gətirilmə haqqında qərar qəbul edib.

Əlavə olaraq şahidlərin bir qisminin ölkə xaricində olduqları üçün məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə müraciət göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən Araz Eyvazovun ölkəyə gətirdiyi malların siyahısının Dövlət Gömrük Komitəsində olan siyahısını çıxarılmasını istəyib. Bunun üçün həmin orqana müraciət ünvanlanıb.

Prosesdə şahid qismində dindirilməsi üçün zərərçəkmiş Eldəniz Axundovun ( “Şərurlu İsfəndiyar”ın qardaşı oğlu-red.) maliyyə işlərini aparan Səməd Abbasovun adı siyahıya əlavə edilib.

Təqsirləndirilən şəxs Araz Eyvazov məhkəməyə Emin Nəsirovun dəvət edilməsini istəyib. O bildirib ki, həmin şəxs özünü MTN-in zabiti kimi onu hədə-qorxu gəlib, pul tələb edib.

Məhkəmə prosesi oktyabrın 14-dək təxirə salınıb.  

Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, “Şərur MTK” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın