Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / General-polkovnik Kərəm Mustafayevlə bağlı SƏRƏNCAM

General-polkovnik Kərəm Mustafayevlə bağlı SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 1-də “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.


Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:


Ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilsin”.


Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki Kərəm Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır.
Ölkə.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …