Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / General İlqar Qasımovun ölüm xəbəri yayıldı

General İlqar Qasımovun ölüm xəbəri yayıldı

Yaxın dövrlər Azərbaycanda siyasətlə məşğul olmuş, «Azərbaycan Yolu» Siyasi Hərəkatı adlı təçkilatın sədri İlqar Qasımovun ölüm xəbəri yayılıb.

Modern.az saytı xəbər verir ki, Azərbaycanda Rusiya ədliyyə orqanlarının generalı kimi tanınmış İlqar Qasımovun bu gün üç mərasimin keçirildiyi, onun Sabirabadda dəfn edildiyi bildirilir.

Məlumatı İlaqar Məmmədovu tanıyan Sabirabad sakinləri təsdiqləyiblər.

Mərhumun ölüm səbəbi barədə dəqiq məlumat verilmir.

Xatırladaq ki, İlqar Qasımov 1995 – 2010-cu illərdə müəyyən fasilələrlə Azərbaycanda fəali siyasətlə məşğul olub. O. 1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra təxminən iki il ADP-nin Ali Məclisinin sədri olub. İ.Qasımov ADP-yə Ədalət Partiyasının üzvü kimi gəlmişdi.

Sonralar isə Ədalət Partiyasının sıralarını tərk etmişdi.

Qeyd edək ki, İlqar Qasımov ilk evliliyi tanınmış teleaparıcı Nərgiz Cəlilova ilə olmuşdu. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Sonralar cütlük boşanmışdı.

2011-ci ildə İ.Qasımov yeni ailə həyatı qurmuşdu. Onun ikinci evliliyindən bir oğlunun dünyaya gəldiyi barədə məlumatlar var.

Allah rəhmət eləsin…

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın