Ana səhifə / Siyasət / GDU rektoru işdən çıxarılır – Onun yerinə gənc kadr gətirilir

GDU rektoru işdən çıxarılır – Onun yerinə gənc kadr gətirilir

Gəncə Dövlət Universitetində (GDU) rüşvət, korrupsiya hallarının tüğyan etdiyinə dair indiyə qədər xeyli sayda məlumatlar yayılır. Bu məlumatlarda açıq şəkildə rektor Yusif Yusifova ağır ittihamlar irəli sürülsə də, qarşı tərəfin heç bir tutarlı reaksiya vermədiyi də məlumdur.

Amma DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, müvafiq dövlət qurumları GDU rektorundan fərqli olaraq ünvanlanan ittihamlara reaksiya vermək qərarına gəlib.

Mənbənin dia.az-a söylədikləri: “Bu günlərdə Yusif Yusifov işdən alınaaq. Artlq onun yerinə kimin təyin olunacağı da məlumdur. Bu, gənc kadrlardan biridir və xaricdə tanınmış universitetlərdən birinin məzunudur. Hazırda isə başqa bir təhsil ocağında yüksək vəzifə tutur”.

Mənbə iddia edir ki, GDU rektoru ilə bağlı rəsmi qərar yaxın vaxtlarda elan oluna bilər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın