Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Gənc ilahiyyatçıdan ateist baş redaktora cavab

Gənc ilahiyyatçıdan ateist baş redaktora cavab

Ötən günlərdə jurnalist Vüsal Məmmədovun modern.az saytına verdiyi müsahibəsi qalmaqala səbəb olmaqla yanaşı, həm də dindarların da narazılığıyla müşahidə edilib. Azinforum.az-a  müraciət edən ilahiyyatçı alim Rahid Vahidoğlu Vüsal Məmmədovun fikirlərinin yanlış olduğunu deyib. O bildirib  ki, müsahibənin daha “məntiqli” tərəflərini seçərək elə Quranın özü ilə cavab verməyə çalışıb. Yazını olduğu kimi təqdim edirik:

Vüsal Məmmədov: “Müşahidə etdim ki, dinlər heç də deyildiyi kimi insanın daxili dünyasını nizamlayan, mənəvi ehtiyaclarını ödəyən təlim deyil. Din insanın sosial münasibətlərinə təsir edən, şəxslərin cəmiyyətlə və başqa şəxslərlə əlaqələrini tənzimləyən bir təsir vasitəsidir. Bu gördüyüm məqamlar məni qorxutmağa başladı. Adətən dindar insanlar çalışırlar ki, hamı onların “düzgün” saydığı tərzdə yaşasın, hamı onların lazım bildiyi kimi qərarlar qəbul etsin. Bu, çox qorxuludur. Əgər bir insan öz düşündüyünü ən düzgün yol hesab edirsə, bu, artıq təhlükədir. Belə insanlar həmin fikrə düşdüyü andan cəmiyyət üçün itirilir…”
Rahid Vahidoğlu: “İslam dini sənin mənim və qeyri birinin əməli ilə orjinallığını ortaya qoyacaq qədər “cılız” bir din deyil. İnsan əgər təqlidi olaraq araşdırıb dərk edərək İslamla nurlanarsa İman onun qanına hopar və küləyin səmti ilə hərəkət edən yarpaq kimi səmtini hər eşitdiyi cümlə ilə dəyişməz”
Vüsal Məmmədov: “Sabah mənə kimsə daha düzgün yol göstərsə, məmnuniyyətlə düşüncələrimi dəyişərəm. Nə zaman təkamül təlimini əvəz edən başqa bir elmi nəzəriyyə ortaya çıxsa, onu birinci mən qəbul edəcəyəm. Eləcə də digər elmi nəzəriyyələrə yanaşma belədir. Elm ehkamdan çox uzaqdır. Elmi təhlükəsiz edən tərəf də elə odur ki, həmişə özünü yeniləyir. Din isə özünü yeniləmir. İslam dini yarandığı 7-ci əsrdə necə idisə, bu gün də odur. Dini modernləşdirməyə cəhdlər olur, bu, başqa məsələdir. Bizim dostumuz Elşad Miri və ya başqaları dini yeniləyib, neoİslam yaradıb, onu olmadığı kimi göstərməyə cəhd edirlər. Amma mahiyyət yenə də 7-ci əsrinki ilə eynidir. İslam 7-ci əsrin quldarlıq cəmiyyətinin mifoloji düşüncə sistemində yaranan təlimdir. Onu gətirib 21-ci əsrə tətbiq edəndə ortaya çox mənasız bir mənzərə çıxır.
Rahid Vahidoğlu: ” Sizin müsahibənizin əvvəlindən belə aydın görünür ki,  hələ öz düşüncənizə , öz ağlınıza etibar etmirsiz. Öz ağlına , öz araşdırmasına əmin olmayan insan  hələ çox yollar axtaracaq”.
Vüsal Məmmədov: “Quran – oxunması çətin, narahat olan, çoxlu lazımsız təkrarlarla insanı bezdirən bir kitabdır. “Cümlə bitmiş fikir bildirir” qaydası bu kitabda yoxdur, fikirlər qırıq-qırıq, adda-budda ifadə olunub. Tərtibat, logistika və redaktə baxımından sadəcə, dözülməzdir. Rasional məqsədlə kitab oxuyan adam üçün Quranı oxumaq əzabdır. Amma bütün bunlara baxmayaraq, oxuyuram, bundan sonra da oxuyacağam”.
Rahid Vahidoğlu: “Allah (c.c) Quranın bir bənzərini gətirmələri üçün insanlara və cinlərə meydan oxuyaraq belə buyurdu: DE Kİ: ANDOLSUN, BU QURANIN BİR BƏNZƏRİNİ ORTAYA QOYMAQ ÜÇÜN İNSANLAR VƏ CİNLƏR BİR YERƏ TOPLAŞSALAR, BİR BİRİLƏRİNƏ DƏSTƏK OLSALARDA , ONUN BƏNZƏRİNİ GƏTİRƏ BİLMƏZLƏR. ( İsra sürəsi 88 ) Bu ayənin kəlimə sayı 19, hərflərinin sayə 76dır. Bu ayəni meydana gətirən elifba hərflərinin sayıda 19 dır. Toplamı isə: 19+76+19=114 dir. Bu say isə Quran surələrinin sayı deməkdir və eyni zamanda 19 sayının qatlarından meydana gəlmişdir. Ayələrini bu şəkildə möhkəm edən Allah nə qədər Ucadır!
Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir: “Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik”. (“Qiyamət” surəsi, 75/4)
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.
Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.
Bu qədər incə məqamlara toxunan saysız hesabsız ayələri olan Uca Allahın kitabını dərk etməyə 5 10 kitab oxuyan ateisin beyni aciz deyilmi?”
Vüsal Məmmədov: “Dünya şöhrətli alim, ateizmin mənəvi liderlərindən sayılan Riçard Doukinz “Allah illüziyası” kitabında “Mənəviyyatın mənbəyi dindirmi?” sualına cavab verir. Və göstərir ki, yox, din əsla mənəviyyatın mənbəyi ola bilməz, sübut üçün də Tövratdan misallar gətirir. Məsələn, Tövratda Lut peyğəmbər həmşəhərlilərinə deyir ki, mənim qızlarımı götürün zorlayın, amma qonağıma dəyməyin. Budurmu, mənəviyyat?! Və ya, elə həmin Lutun qızları atalarını içirdib, onunla yatağa girirlər. İbrahim peyğəmbər Fironun sarayında mövqe qazanmaq üçün öz arvadını “bacımdır” deyə, firona ərə verir. Yaqub peyğəmbər kor atasını aldadır. Belə misallar onlarladır…
Tövratda adı keçən peyğəmbərlərin əksəriyyəti yalan danışırlar, qohumlarının əmlakına, qadınlarına göz dikirlər. Tövratdakı peyğəmbərlərin əhvalatları qədim yunan Allahlarının macəralarına oxşayır. Biz orada nə görürük? Tam insani konfliktlər, xəyanət, hakimiyyət uğrunda dava, var-dövlət uğrunda çarpışmalar. Eyni münasibətlər Tövratdakı peyğəmbərlərə köçürülüb. Amma burada allahların statusu aşağı salınıb, peyğəmbər elan olunublar. Fəqət həmin xasiyyət, həmin mahiyyətdir. Tövratda ilahi, səmavi heç bir şey yoxdur. Tövrat mənim üçün bu baxımdan maraqlıdır: sübut edir ki, din əxlaqın mənbəyi deyil və ola da bilməz. Bu qənaətimi daha da möhkəmləndirmək üçün imkan olan kimi Tövratı bir daha oxumağı düşünürəm.
Rahid Vahidoğlu— Qurandan əvvəl gələn və bu gün əldə mövcud olan İlahi Kitabların heç biri Allahın peyğəmbərinə endirdiyi səmavi kitabların orijinalı deyil. Bunların zamanla əsl nüsxələri düşmüş, insanlar tərəfindən yenidən yazılmışlar. Buna görə də içlərinə xurafatlar və batil inanclar qarışmışdır.
Məsələn, Tövratın, Musa (as) ve sonra uzun əsrlər əsir və sürgün həyatı yaşayan, hətta bir ara inanclarını belə itirib bütpərəstliyə düşən Yəhudilər tərəfindən mühafizə edilmədiyi, Bu gün əldə olan nüsxənin Həzrət Musadan çox sonra bəzi din xadimləri tərəfindən yazıldığı, amma Tövratın əsli imiş kimi yenidən din kitabı olaraq qəbul edildiyi məlum olan tarixi faktlardandır. Belə uzun və qarışıq bir dövrədən sonra ortaya çıxarılan bir kitabın Həzrət Musaya endirilən Tövratın eyni olmayacağı açıqdır. Bu üzdəndir ki, içində peyğəmbərlərə yaraşmayacaq isnad və böhtanlar yer alır; Tövhid dininin ruhuna zidd düşən müddəalar var.
Davuda (as) gələn Zəbur da, Tövratın məruz qaldığı aqibətdən qurtulmamışdır.
İncilə gəldikdə, Həzrət İsa (as) özünə gələn vəhyləri yazmamışdı. Çünki otuz yaşında peyğəmbər olmuş, otuz üç yaşında da peyğəmbərlik vəzifəsi son qoymuşdu. Üç il kimi qısa bir müddət içində də kənddən kəndə, şəhərdən şəhərə gəzib, xalqı irşad üçün çalışmışdı. Son vaxtlarında isə, onsuz da Yəhudilərin qızışdırması Romalı hökmdarlar tərəfindən daim təqib altında idi. Bu halda İncili həkk etdirmək üçün nə vaxt, nə də imkan tapmışdı. Belə ki, bu gün əldə mövcud olan Müqəddəs Ruhlar, müəlliflərinin adı ilə anılır və içində Həzrət İsanın apostol verdiyi moizələrini, dərs və irşad ehtiva edən bir siyer kitabı görünüşünü saxlayırlar. Üstəlik də bunları yazanlar Həzrət İsanın həvariləri olan ilk möminlər deyil, onları görüb Həzrət İsaya gələn İlahi sözləri onlardan qulaq asarlar.
Əldə olan mövcud İncillərdə bir sıra məzmun və tullanma fərqləri görülür. Əslində bu Kitablar, M.S. 325-ci ildə İznik toplanan min nəfərlik bir ruhani konsül-ün qərarı ilə qəbul edilmişdir. Bu heyət, yüzlərlə İncili araşdırıblar, 318 üzvünün ittifaqı ilə aralarından Həzrət İsa (as) -ın ulühiyet tərəfi olduğunu irəli sürən bugünkü dörd İncili qəbul edib digərlərini yandırıb məhv etmişlər.
Göründüyü kimi, Həzrət İsa (as) -ın -haşa- Allahın oğlu olması prinsipi, Həzrət İsadan illər sonra bir məclis qərarı ilə qəbul edilmişdir. Hətta bu qərara bəzi Xristian kilsələri tabe olmamışlar. Bu baxımdan bugünkü dörd İncilin, Həzrəti İsaya endirilən İncil əslinə uyğun olduğunu söyləmək mümkün deyil”.
Vüsal Məmmədov: “Quranda təbii ki, heç bir elm yoxdur, ola da bilməz. Çünki Quran ortaya çıxanda elm deyilən bir şey hələ yox idi. Bizim elm kimi qəbul etdiyimiz fəaliyyət sahəsi 16-17-ci əsrlərdə yaranmağa başlayıb. Ona qədər pozitivist elm mövcud olmayıb. Quranda və hədislərdə “elm” dedikdə daha çox, şeir qoşmaq, rəvayətlər, miflər bilmək nəzərdə tutulur. Çox tez-tez işlədilən bir hədis var ki, alimin mürəkkəbi şəhidin qanından daha qiymətlidir. Deyirlər ki, guya İslam dini alimlərə çox böyük dəyər verir, Allah alimləri çox sevir. Ateizmin bugünkü qeyri-rəsmi, mənəvi lideri olan Riçard Doukinz nəhəng alimdir. Bu adam dahidir. Onun genetika sahəsində araşdırmaları, yaratdığı “Mem nəzəriyyəsi” çox dərindir. Onun “Eqoist gen” əsəri fəlsəfə ilə genetikanın kəsişməsində yazılan bir kitabdır. Allah doğurdan da Riçard Doukinzi sevirmi və onu cənnətə salacaqmı? Belə məlum olacaq ki, yox. Amma İranda yaşayan, lazımsız, mənası fətvalar ifraz edən hansısa bir ayətullah isə alimdir və onun yeri cənnətdir. İslam “alim” deyəndə belələrini nəzərdə tutur.
Ya da Stiven Houkinqi götürək. Onun nəhəng bir elm adamı olmasına heç bir şübhə yoxdur. Astrofizika sahəsindəki fikirləri, qara dəliklərlə bağlı araşdırmaları mükəmməldir. O, kainatın yaranmasını şərh edərkən belə bir sual qoyur: “Bütün bu nəhəng mexanizmin qurulması üçün yaradıcı bir qüvvəyə ehtiyac varmı?”. Cavabı da belə verir ki, vacib deyil. Hətta elə bir qüvvə olmasa belə, bu mexanizm özü-özünü tənzimləyə bilərdi. Faktik olaraq, Stiven Houkinq ateizmə yaxınlaşıb. Doğurdanmı iflic olan, əlil arabasında oturan Stiven Houkinq cəhənnəmdə yandırılacaq? Bunu düşünmək belə mənəviyyatsızlıqdır.
Qurandakı elmə gəldikdə isə, o, sadəcə olaraq eyni sözün müxtəlif şəraitlərdə fərqli şərh olunması effektindən doğan illüziyalardır. Məsələn, Quranda “göyün 7 qatı” ifadəsi çox işlənir. Bizə belə təlqin etməyə çalışırlar ki, bu, guya atmosferin 7 qatına işarədir. Birincisi, atmosferin qatlarının sayı 7 deyil. İkincisi isə, hədislərdə və risalələrdə Məhəmməd peyğəmbərin meraca qalxanda göyün qatlarında kimlərlə rastlaşdığı haqda yazılıb. Məsələn, göyün ikinci qatında İlyas peyğəmbərlə rastlaşdı, 3-cü qatda Xızır, 4-cü qatda Musa peyğəmbərlə… Yəni, göyün qatlarında peyğəmbərlərin yaşadıqları və Məhəmmədin də onlarla görüşdükləri təsvir olunur. Doğurdanmı İonesfer qatında Xızır peyğəmbər var? Bunu həqiqətən ciddi qəbul edək?! Ya da, doğurdanmı İlyas peyğəmbər Stratosfer qatında oturub, cənnət paltarları tikir?! Yəni, “Quranda elm var” deyərkən onun hansı kontekstdə işlədilməsinə baxmaq lazımdır.

YAĞMURDAKI ÖLÇÜ

Quranda yağış haqqında verilən bir məlumat, yağışın ölçü ilə endirilməsidir. Zuxruf surəsində belə buyurulur: “. Ki O, müəyyən miqdarda göydən su endirdi də, onunla ölü bir məmləkəti diriltdi (hər yana həyat yaydı); Siz də beləcə (qəbirlərinizdən çıxarılıb) dirildiləcəksiniz”.
(Zuxruf surəsi, 11)
Yağmurdakı bu ölçü də yenə çağımızdakı araşdırmalarla müəyyen edilmişdir. Ölçmələrə görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlaşır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu eyni zamanda bir ildə Yerə yağan yağış miqdarıdır. Yeni su, davamlı tarazlıq içində döyür etmekdedir. Yerdəki həyat da bu suyun sayəsində davam edir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də bunu süni şəkildə həyata keçirə bilməz.
Egər bu miqdarda çox xırda bir dəyişiklik olsa, ekoloji tarazlıq pozular, bu da heyatın sonu deməkdir. Ancaq Quranda da bildirildiyi kimi yerə hər il eyni miqdarda yağıntı enməkdədir.

Dəmirin Mənbəyi ELİMDƏN ƏVVƏL QURANI Kərimdə

Dəmir Qurani Kərimdə nəzəri cəlb edilən elementlərdən biridir. “Hədid” surəsi, yəni “Dəmir” adlı surəsində belə buyurulur: “. Və onda möhkəm bir sərtlik və insanlar üçün (müxtəlif) mənfəətlər olan dəmiri də endirdik”.
(Hədid surəsi, 25)
Ayədə dəmir üçün xüsusilə istifadə olunan “endirmə” kəlməsi məcazi ki, insanların xidmətinə verilməsi menasında düşünülür. Ancaq sözün, “göydən fizika ki, endirmə” formasındakı həqiqi mənasını nəzərə aldıqda, ayənin çox mühüm bir elimi möcüzədən bəhs etdiyi müşahidə edilə bilər. Çünki müasir astronomik icadlar, yer kürəsindəki dəmir mədəninin fezadakı neheng ulduzlardan geldiyini açıb çıxarmışdır.

ALİMLƏR YERİ BAŞKA FORMADA Zənnedərkən QURAN Onun YUVARLAQ OLDUĞUNU DEYİRDİ.

“Göyleri və yeri haqq ki yaratdı. Gecəni gündüzün üstünə örtür, gündüzü də gecənin üstünə artır”. (Zümər surəsi, 5)
Quranın Kainatı təsvir edən ayələrində istifadə olunan çox diqqət cəlbedicidir. Yuxarıdakı ayəyə “örtmək” kimi tərcümə edilən ərəb dilindəki söz “tekvirdir”. Bu sözün türkcə qarşılığı “yuvarlaq bir şeyin üzərinə bir cisim örtmekdir”. Məsələn, ərəb dilində lüğətlərdə “başa sarıq örtmək” kimi yuvarlaq cisimləri ifadə edən fellər üçün bu söz istifadə olunur.
Ayədə gecənin və gündüzün bir-birlərini üstünü örtmələri (təkvir surəsi etməkləri) mövzusunda verilən məlumat, eyni zamanda yerin forması haqqında deqiq məlumat vərməkdədir. Yalnız və yalnız yer yuvarlaq olduqda bu ayədə ifadə edilən fel yerinə düşür. Yəni VII əsrdə Quran yerin yuvarlaqlığına işarə edilmişdir.
Unutmaq lazım deyil ki, o dövrdəki astronomiya anlayışı yeri çox fərqli qəbul edərdi. O dövrdə yerin bir düz səth olduğu düşünülürdü və hesablamalar buna əsasən aparılırdı. Quran ayələri isə bizə ən doğru bilikleri öyrədir. Quran Allahın sözü olduğu üçün kainatı tərif edən ən doğru kelmeler istifadə edilmişdir.

DAĞLAR NƏ ÜÇÜN VAR EDİLİB?

Qurani Kərimi diqqətlə oxuduqda bu həqiqətlə qarşılaşırıq: “…sizi yırğalamasın deyə, yerdə möhkem dayanmış dağlar bərqərar etmişdir”.
(Loğman surəsi, 10)
Bu ayədən də göründüyü kimi dağlar, tarazlığın təmin ediləcəyi formada yaradılmışdır. Elim, keçmiş on dörd yüz il boyunca bu heqiqetden xebersiz qalmışdı. Müasir coğrafiyaşünaslar bu hadisəni “Yerin üst tebeqesinin tarazlığı qanunu” (Law of Isostasy) adlandırırlar. Bu qanunun müemmaları nezere alındıqda elim, hələ ilk pillələrdədir.
Englen, “Maddənin yüngül olanı yerin səthinə çıxarken, ağır maddənin yerinin bu gün dəniz ki, gördüyümüz dərin çuxurlar halına gəldiyi qəbul edilməkdədir. Beləliklə, maddənin hündürlüyü və alçaqlığı dünyanın tarazlığını təmin etmekdedir”.
Vüsal bəy sizin müsahibə və İslam dinin cavabları həddindən artıq geniş olduğu üçün oxucunu yormaması səbəbindən müsahibənizin içərisindən seçmələr etdim. Sonda bir məsələni vurğulayımki Azərbaycanda nə qədər ateis var başda siz olmaq şərti ilə hər nəqədər Allahın insanlara və insanlığa göndərmiş olduğu dinləri inkar etsənizdə İbrahim Peyğəmbərdən bizlərə əmanət olan və biz müsalmanları qeyri insanlardan fərqləndirən sünnət prosesini ömrünüzün sonuna kimi üzərinizdə daşımış olacaqsız. Əgər əqidənizi dəyişmisizsə və buna haqq qazandırıb hələdə Allahın əmrlərini çatdıran dinləri tənqid, təhqir və inkar edəcəksizsə, o zaman silin üzərinizdən Dinlərin izini.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın