Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı- Faiq Şabanovu Sumqayıtın rəisinin əvəz edəcəyi deyilir

Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı- Faiq Şabanovu Sumqayıtın rəisinin əvəz edəcəyi deyilir

Bu dəqiqələrdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yayılıb.
Moderator.az xəbər verir ki, gununsesi.org-un əldə etdiyi məlumata görə, bununla bağlı DİN rəhbəri Ramil Usubov sərəncam verib.
Nazirin digər sərəncamı ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, icra başçısı Elmar Vəliyevə sui-qəsd olayından sonra DİN Daxili Təhqiqatlar Şöbəsi Gəncə polisində yoxlamalara başlamışdı.
Xəbər redaksiyamıza gecə saatlarında daxil olduğundan onu dəqiqləşdirə bilmədik.
Belə ki, Faiq Şabanovun və DİN-nin mətbuat xidmətinin telefonlarına etdiyimiz zənglər  cavabsız qaldı.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …