Ana səhifə / Siyasət / Gəncənin deputatı necə Vəliyevçi oldu?

Gəncənin deputatı necə Vəliyevçi oldu?

“Yeni Azərbaycan Partiyasının üzvləri özlərini Heydər Əliyev yolunun davamçıları sayırlar. Onlar Əliyevçi adlandıranlar da var.
Yəni, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı Heydər Əliyevin adına bağlıdır. Amma bəzi YAP üzvləri var ki, onlar heç də Əliyevçilər deyil”.

Bu barədə Gəncədən məktub yazan bir qrup seçici belə qeyd edib. Onlar nümunə kimi Gəncənin deputatı Naqif Həmzəyevi misal çəkib.

Seçicilər bildirirlər ki, N.Həmzəyev YAP-ın Gəncə təşkilatının sədri kimi Əliyevçi yox, Vəliyevçidir. Onların sözlərinə görə, millət vəkili şəhərin icra başçısı Elmar Vəliyevin hüquqlarının müdafiəçisidir.

Sitat: “Çünki onu biz seçicilər yox, Elmar Vəliyev seçdirib. Ona görə də icra başçısına xidmət edir. Azərbaycanda icra başçısının himayəsində olan və ona vəkillik edən tək-tük deputat var. Naqif Həmzəyev də belələrindəndir.

Onun seçicilərin problemi ilə maraqlanması yadına da düşmür. Həm də nə olsun ki deputatdır?! Bu cavan oğlanın elə bir ciddi siyasi çəkisi yoxdur. Elmar Vəliyevin diktəsi ilə hərəkət edir və qeyri-rəsmi Vəliyevçidir”, – deyə seçicilər məktubda yazıb.

Lakin, Naqif Həmzəyevin qısa zamanda Gəncənin icra başçısının müavini, eyni zamanda Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatının sədri və sonralar millət vəkili kimi önəmli postlara çəkilməsi ilə şəbəkə ilə əlaqələrini ört-basdır etməyə çalışıb.

Onun bacanağı Arif və qardaşı Saqif Gəncədə meydan sulayır. Prezident məmurların və yaxınlarının hərəkətlərinə nəzarət olunması haqda zamanında xəbərarlıqlar edib. Haçansa Gəncə şəhəri onların ucbatından qarışsa, demədik deməyin”.

Məktubda deyilir ki, Rəsulzadəni vətən xaini adlandıran Həmzəyev BDU-nun tarix fakultəsini bitirib: “Amma ona tarixi tədrisdə deyən olmayıb ki, təhsil aldığı ali məktəb Rəsulzadənin adını daşıyıb.

Onu da deyən olmayıb ki, prezident İlham Əliyev cənabları indiki Azərbaycanın Rəsulzadə və silahdaşlarının bizim üçün əsasını qoyduğu AXC-nin varisi adlandırıb. Ən azından vəliyevçi deputat prezidentin tarixi sözlərinə diqqətlə qulaq asmalıydı. Hələ ki Elmar Vəliyevə qulaq asır.

Gəncədə ilk dəfədir ki, belə bir cavan, naşı və gəncəlilər arasında nüfuzu olmayan adamı deputat qoyublar. Gəncə tarixi və ziyalılar şəhəridir. Ona görə də bizim ondan bir gözləntimiz də qalmayıb.

Naqif Həmzəyevin adını internet axtarış sistemində yazanda nurçu olması, Vəliyevə xidmət göstərməsi, bir də Rəsulzadəni təhqir etdiyi üçün elə həmkarı Ağacan Əbiyev tərəfindən cavabını almasını görmək olar. Onun seçicilər üçün gördüyü bir iş yoxdur”. Qarşı tərəfin mövqeyini çap etməyə hazırıq
politika.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın