Ana səhifə / Siyasət / Gəncədə Rəsulzadənin büstünü yenidən çuvala saldılar

Gəncədə Rəsulzadənin büstünü yenidən çuvala saldılar

Abidənin üzərindəki çuval əvvəlcə götürülsə də, bir gün sonra büst yenidən qaparılıb

Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı yaranmış qalmaqal qısamüddətli nəticə verib.
Musavat.com xəbər verir ki, artıq abidənin üzərindəki çuval götürülüb. Bu barədə məlumatı musavat.com-a Gəncədə yaşayan oxucumuz Azər Allahverdiyev verib.
O, abidənin yeni fotolarını da yollayıb. Belə ki, iyunun birində üzəri açılan büst ayın 2-də yenidən qapadılıb.
Belə ki, Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəlin üzərinə yenidən torba keçiriblər. Teleqraf.az-a verilən məlumata görə, Məmmədəmin Rəsulzadənin Gəncə şəhərində olan büstünə 5 ilə yaxın idi ki, keçirilən torpa götürülərək, təmirə başlanmışdı.
Ayın 2-də isə büstün üzərini yenidən örtüblər. Buna səbəb büstün təmiri ilə bağlı xəbərin mətbuatda getməsi olub. Görünür, Rəsulzadənin büstünün təmir olunması hakimiyyətin yuxarı eşalonunda olan bəzi adamların xoşuna gəlməyib.
Görünən budur ki, Prezident İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam da Azərbaycan Demokratik Respublikasının banisinə olan münasibəti dəyişdirməyib.
Müsavat başqanının Gəncədən olan müşaviri Cahangir Əmirxanlı məsələ ilə bağlı musavat.com-a bildirib ki, təmir bəhanəsi ilə 5 ildir ki, ulu öndərin büstünün başına torba keçirilib: “Bu hal beş ildir ki, davam edir. Elə bil ətrafdakı restoran onun üzərinə gəlir. Yalandan deyirlər ki, guya Gəncənin icra başçısı heykəli təmir etdirmək üçün bu cür addım atıb. Bir təmir neçə il çəkir ki..?”
Onun sözlərinə görə, büstün aqibəti və təmirlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, nəticəsi olmayıb: “İki il əvvəl isə ciddi qarşıdurmamız oldu. Bu özbaşınalığa son qoyulmalıdır. M.Ə.Rəsulzadə haqqında Prezidentin qərarı var. Bunlar isə qərarın əksinə gedirlər. Orada qəbiristanlıq var. Bir neçə büst qoyulub, o cümlədən, Rəsulzadənin büstü var. Artıq o büstü də ziyarət etməyə imkan vermirlər. Polis vasitəsilə uzaqlaşdırırlar. Bu kişinin adının hallanmaması, yad edilməməsi üçün Gəncədə bu vəziyyət yaradılıb”.
Müsavatın Gəncə təşkilatının sədri Oqtay Zeynallı isə bildirib ki, Rəsulzadənin büstü ətrafında baş verən bu oyunlar təhqirdir: “Bu məsələ ilə bağlı Milli Məclisdə haqlı olaraq irad bildirildi. Ancaq buranın deputatı, 15 il Milli Məclisdə oturan Musa Quliyev yalan danışdı. O, bildirdi ki, park və büst təmir olunur. Bu yalançı təmir illərdir ki, davam edir”.
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Cümhuriyyət qurucularına aşağılayıcı münasibətin olduğunu bəyan etmişdi: “Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Əgər Məhəmməd Əmin Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək. Əslində Rəsulzadənin orda böyük heykəli olmalıydı. Yoxdur, bir köhnə büst var, onun da başına illərdir ki, çuval keçiriblər. İcra başçısı zəhmət çəkib, öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”.
Mayın 28-də isə Məmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün qarşısına gül dəstəsi qoyulmasına da icazə verilməyib. Müsavat və AXCP-nin yerli şöbələrinin üzvləri Respublika Günü münasibəti ilə M.R.Rəsulzadənin Gəncə şəhəri Dəmirolçular parkında yerləşən büstünün qarşısına toplaşmaq istəsələr də, şəhər polisi buna icazə verməyib.
Polis müxalifətçilərə parkda təmir işlərinin davam etdirildiyini  və Rəsulzadənin büstünün də restavrasiya olunduğunu qeyd edərək, tədbirin keçirilməsini müvafiq saymayıb.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın