Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş

Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş

Gəncə olayları ilə bağlı həbs edilənlərdən biri illər öncə “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanovu təhqir edərək, hədələyib. Baş redaktor bu barədə keçirilən tədbirlərin birində açıqlayıb.

Baş redaktoru hədələyən konkret kim olub? Rəfail Becanov həmin şəxs barəsində şikayətçi olacaqmı? Olaya səbəb nə olub?

Məsələ ilə bağlı Rəfail Becanov “Yeni Müsavat”a danışıb. Baş redaktor qeyd edib ki, konkret olaraq həmin şəxs barəsində heç bir şikayəti yoxdur: “2015-ci ilin noyabrında sosial şəbəkədə Elçin Qasımov adlı istifadəçinin adından ”polis idarələrini, maşınlarını yandırın, daşlayın” deyə çağırışlar edilmişdi. Bizim qəzet və saytımız bu məsələni ictimailəşdirdi, hesab etdik ki, bu təhlükəli çağırışdır. Hətta məsələ ilə bağlı hüquqşünas  Mehman Muradlıdan müsahibə aldıq. Yazımızdan sonra sosial şəbəkələrdə təhqir və təhdid olunmağa başladıq.

Qeyd edim ki, adı çəkilən Elçin Qasımov “Müsəlman Birliyi Hərəkatı” təşkilatın sədr müavini kimi təqdim olunurdu. O, 2015-ci ilin noyabrında Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə və polisə müqavimət göstərdiyinə görə saxlanılaraq 30 sutka həbs edilmişdi. Bundan sonra sosial şəbəkələrdə onun profili vasitəsi ilə polislərə qarşı təhlükəli çağırışlar olmuşdu.

Beləliklə, biz bu məsələni ictimailəşdirdiyimə görə qəzet və saytımız, o cümlədən şəxsən mən təhdid və təhqirlərə məruz qaldıq. Bütün bunlar sosial şəbəkələrdə baş verdi, biz bunu informasiyaya çevirmədik. Onların arasında xüsusən özünü dindar kimi qələmə verən Samir İbrahimov adlı şəxs fəallıq göstərir, qəzetimizin müxtəlif şəkillərini yayıb, təhqir edirdi.

Bildirim ki, yazılarımızda söhbət onların dindar olmasından deyil, radikal hərəkətlərindən, təhlükəli çağırışlarından gedirdi”.

Xatırladaq ki, Samir İbrahimov bu ilin 10 iyul tarixində Gəncə şəhərində törədilən cinayətlərlə bağlı həbs edilib. O, gecə saatlarında Azərbaycan – Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …