Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşib.

“Report”un məlumatına görə, bu, İspaniya “Atletiko”sudur. Dieqo Simeonenin baş məşqçi olduğu komanda 1/4 finalda İngiltərənin “Lester” klubunu mübarizədən kənarlaşdırıb. “Atletiko” səfərdəki ilk görüşdən 2:1 hesablı üstünlüklə ayrıldıqdan sonra evdə də uduzmayıb – 1:1. Madrid komandasının qolunu 26-cı dəqiqədə Saul Nyiqes vurub. “Lester”dən isə 61-ci dəqiqədə Ceymi Vardi fərqlənib.

Qeyd edək ki, növbəti yarımfinalçı hazırda İspaniyada “Real Madrid”lə Almaniyanın “Bavariya” komandası arasında keçirilən cavab görüşündən sonra müəyyənləşəcək. Qarşılaşmanın əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “kral klubu” eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın