Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Fuad Muradovun kadrı işdən çıxdı, xaricə köçdü – FOTO

Fuad Muradovun kadrı işdən çıxdı, xaricə köçdü – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub.

O, işdən çıxmaqla bağlı ərizə yazıb.

Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib.

V.Məmmədov təhsil və iş üçün xarici ölkələrdən birinə köçüb.

Qeyd edək ki, Məmmədov Vüqar Sərtib oğlu 1984-cü il avqustun 27-də anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində çalışıb. Avropa Parlamentində təcrübə keçib.

O, 2018-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri (Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsi) vəzifəsində işləyirdi.

Report

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …