Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Fransanın XİN başçısı Ceyhun Bayramov və Mirzoyanla görüşdü

Fransanın XİN başçısı Ceyhun Bayramov və Mirzoyanla görüşdü

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bu barədə Fransan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir il sonra Jan-İv Le Drian Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib. O, ATƏT-in Minsk Qrupunun himayəsi altında onlarla əvvəlcə ayrı-ayrılıqda, sonra isə birgə görüşlər keçirib”, – nazirliyin məlumatında deyilir.

Bu görüşlər zamanı Fransa xarici işlər naziri Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşdirilməsinə yardım etmək istəyini bir daha bəyan edib.

Le Drian həmçinin vurğulayıb ki, Fransa ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məqsədə nail olmaq üçün fəal səylərinin tərəfdarıdır və həmkarları ilə siyasi səviyyədə danışıqlara hazırdır. 

virtualaz.org

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …