Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Fransada genişlənən islamafob siyasət Türkiyə və Azərbaycana qarşı yönəlib” – İAT sədri

“Fransada genişlənən islamafob siyasət Türkiyə və Azərbaycana qarşı yönəlib” – İAT sədri

Son illər Avropa ölkələrində baş verən daxili, ictimai və siyasi proseslərdə əsasən islamafobiya və miqrant əleyhinə fəaliyyətlər aktuallığını saxlamaqdadır. Suriya gərginliyi nəticəsində Avropada yaranan miqrasiya problemi fonunda yaşlı qitənin böyük şəhərlərində baş verən terror aktlarında müsəlmanların iştirakı islamafob şüarların açıq şəkildə səsləndiyi etiraz aksiyalarına takan verdi. Xüsusən də Fransada bu özünü daha qabarıq formada göstərir.

Son vaxtlar Fransada islamafob siyasət aşırı və çox geniş miqyasda artmaqdadır. Sözügedən siyasət müxtəlif formada yeridilir. Miqrantlara qarşı aqressiv siyasət həyata keçirilir, onlar təcrid edilir. Necə deyərlər, Fransada müsəlman ölkələrindən olan miqrantlarla qeyri-insani formada davranırlar.

Maraqlıdır, bu gün Fransada islamafob siyasət daha çox kimə qarşı yönəlib? Türkiyə və Azərbaycana qarşı, yoxsa islam-ərəb dünyasına, ərəb ölkələrinə qarşı çevrilib? Hazırda Fransanın islamafob siyasətinin əsas hədəfi kimdir və nədir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, son dövrlər Fransada genişlənən islamafob siyasət Türkiyə və Azərbaycana qarşı yönəlib: “Bunu görməmək mümkün deyil. Əsas hədəf olaraq Azərbaycanla Türkiyə seçilib. Düzdür, Fransada antisemitizm zaman-zaman özünü göstərib. Bu gün Fransada ciddi ölçüdə antisemitizm, islamafobiya hakimdir. Misal üçün, son illərdə Fransadan yüz minlərlə yəhudi köçüb gedib. Bundan başqa məscidlər bir-bir bağlanır. İnsanlara hücum, qətl halları törədilir. Bunun ən ifrat həddi isə bu gün Korsika adasında yerli xalqa qarşı tətbiq edilir. Demokratiyadan, insan haqlarından dəm vuran Fransa nədənsə öz ölkəsində milli azlıqlarla bağlı bu antisemitizmi görmək istəmir. Fransa narahatdır ki, Türkiyənin Cənubi Qafqazda, Orta Asiyada nüfuzu, təsir imkanları genişlənir. Ona görə də rəsmi Paris Ermənistanla bağlı daha həyasız mövqedən çıxış edir. Fransa son aylar açıq bəyan etdi ki, türk düşmənidir. Ermənistan sözügedən məsələdə sadəcə Fransa üçün bir maşadır. Zatən bəllidir ki, 3 minyonluq Ermənistanın 85 milyonluq Türkiyə, 10 milyon əhalisi olan Azərbaycan üçün təhlükə yaratması mümkünsüzdür. Fransa islamafof siyasəti qabartmaqla Türkiyəyə zərbə vurmağa çalışır. Tarixən Fransa Türkiyəyə qarşı düşmən mövqedən çıxış edib. Qurtuluş savaşında Osmanlı Türkiyəsini işğal edən 4 dövlətdən biri Fransa idi. O zaman Atatürkün başçılığı ilə başlanan qurtuluş savaşı imperalist dövlətlərin planlarını, o cümlədən Fransanın məkrli istəklərini fiaskoya uğratdı. Altmışıncı illərdə Türkiyədən Almaniyaya gedən əmək miqrantlarına şərait yaradıldığı halda, Fransada buna imkan verilmədi. Bu həmin Fransadır ki, ASALA terror təşkilatını uzun illər himayə edib. Erməni terrorçularını həbsxanadan buraxıb. O üzdən, Fransanın türk düşmənçiliyi dəyişməyib. Fransa Avropada anti-islam siyasəti aparan ölkələrin başında dayanır”.

(Bakı-Xəbər)

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …