Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Fransa düşmən elan edilməlidir“ – Tahir Kərimli

“Fransa düşmən elan edilməlidir“ – Tahir Kərimli

Fransanın hazırda etdikləri birbaşa “Səlib yürüşləri”nin yeni versiyasıdır.

Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamə onun əsas simasını göstərir. Mən təklif edirəm ki, Fransa bizim üçün düşmən ölkə olaraq elan edilsin. Fransa məsuliyyət daşıdığının fərqinə varmalıdır. İkinci təklifim isə budur ki, Fransadakı səfirimiz geri çağırılmalıdır. Bütün diplomatik nümayəndələr geri çağırılmalıdır. Azərbaycanın Fransa Senatı ilə bağlı qəti mövqeyi olmalıdır, bunu biz sərt şəkildə bildirməliyik. Eyni zamanda, Milli Məclis də Fransanın Əlcazairdə soyqırım törətməsi ilə bağlı qətnamə qəbul etməlidir”, – deyə deputat qeyd edib. 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …