Ana səhifə / Siyasət / Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək – FOTOLAR

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək – FOTOLAR

Əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-ə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan şəxslərə xidmətlərini 20%-dək endirimli qiymətlərlə təklik edəcəklər.

Musavat.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında BŞH-nın Marketin və Komunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, həm yerli brendlərə, həm şirkətlərə dəstək vermək, həm də tamaşaçıların marağını cəlb etmək üçün belə bir addım atılıb. İyunun 1-dən etibarən başlayacaq bu layihə iyul ayının 15-nə qədər davam edəcək: “Sözsüz ki, bu endirim kampaniyası tamaşaçılarla yanaşı, sahibkarlara da böyük fayda verəcək. Bakıda baş tutacaq möhtəşəm Formula 1 yarışını izləməyə gələn minlərlə tamaşaçı həftəsonu ərzində məhz endirimlərin olduğu yerlərə üz tutacaqlar və bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir qazanmasına imkan yaradacaq. Nəticədə bu yarışdan hamı qazanclı çıxacaq”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD) arasında anlaşma imzalanıbş Layihəyə qoşulan şirkətlərlə TMMİD İctimai Birliyi arasında ikitərəfli müqavilələr imzalanır. Bu layihədə iştirak edən hər bir şirkət Azərbaycan Qran Prisinə bileti olan müştərilərə xüsusi endirimli qiymətdə xidmət etməyi öz üzərinə götürür.

Layihənin keçirilməsində əsas məqsəd kiçik və orta sahibkarlar daxil olmaqla, ümumilikdə yerli biznes üçün səmərəli maliyyə imkanları yaratmaq və Azərbaycanda özəl sektorun inkişafına dəstək verməkdir.

TMMİD İctiami Birliyinin sədri Kəmalə Məmmədova layihənin uzunmüddətli olacağına inandığını qeyd edib: “Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Biz də yaranmış fürsətdən səmərəli istifadə edərək Bakıda bu yay keçiriləcək Formula 1 yarışı ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddət ərzində onlarla şirkət bu kampaniyaya qoşulmaq istədiklərini bildirdilər. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və biz bu layihəni uzunmüddətli keçirməyə çalışacağıq”.

Qeyd edək ki, 23-25 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə indiyə qədər 57 ölkədən bilet alınıb. Bilet satışı ötən ilki yarışa nisbətən daha yüksəkdir. Belə ki, artıq bəzi tribunalara bütün biletlər satılıb.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın