Ana səhifə / Siyasət / “Formula-1″ə gələcək qonaqların dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb

“Formula-1″ə gələcək qonaqların dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb

“Formula-1” yarışlarında iştirak üçün Azərbaycana gələcək qonaqların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb.
Trend-in məlumatına görəə bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradıldığını deyən M.Qurbanlı bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu tədbirlərə müəyyən hazırlıq işləri görüb:
 “Azərbaycanda məscidlər, kilsə və sinaqoqlar birgə fəaliyyət göstərirlər: “Biz həm sinaqoqlarda, həm kilsələrdə, eyni zamanda məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. İbadət məkanlarında şərait olsa da, gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın