Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Firdovsi Əliyev Namiq Xıdırov BİRLİYİ… – HƏDƏFDƏ MEŞƏLƏRDİR…

Firdovsi Əliyev Namiq Xıdırov BİRLİYİ… – HƏDƏFDƏ MEŞƏLƏRDİR…

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, 2021-ci ilin sentyabr ayı ETSN-nin audit şöbəsinin işçiləri başda Mehbali müəllim olmağla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlama aparmışdılar.
Aparılan yoxlama zamanı çoxlu qanunsuzluqlar aşkar etmişdilər:
– dövriyyədə olan əkinlərn olmaması;

-saxta naryadlar (yağıntılı havada suvarma, fəhlə və s);
-qırma sahələrinin saxta olması;
-Mərkəzin baş mühasibi Mansur Nurəliyevin işlərində çoxlu saxtakarlığların olması;
-mükafatların düzgün yazılmaması: Əkin və oduncaq tədarükü adıyla mükafat yazılır, görəsən bu mükafat kimlərə yazılır? Əlbəttə müsablərə, əməyin mühafizəsi üzrə baş mütəxəssisə, kadr işləri üzrə baş mütəxəssisə və s).
Görək, bunların oduncaq və əkin işlərində hər hansı bir əməyi (zəhmətləri) vardırmı? Bunlar sözügedən əraziləri tanıyırlarmı?
Neçə olur ki, əkin və oduncaqla əlaqəsi olanlara (mühafizə, əkin mütəxəssisləri, yardımçı təsərrüfat mütəxəssisləri və s) sözügedən mükafatlar yazılmır?.
-Mərkəzin baş mühafizə mütəxəssisi Abturab Bağırovun “Meşə Qanunvericiliyin Pozulmasına dair Kitab” da çoxlu saxtakarlıqlar (aktların düzgün yazılmaması və kitaba vurulmaması, çərimələrin düzgün hesablanmaması və s) və s.

Görəsən, ETSN-nin auditi niyə görə bu boyda saxtakarlığları və şikayətləri ört-basdır etdi.
Görəsən kim bunlara təzyiq göstərdi?
Əlbəttə bunlara göstərişi ETSN-nin müavini Firdovsi Əliyev verib tapşırdı ki, Xidmət rəisi Namik Xıdırovla onun Masallıda olan cinayətkar dəstəsinin saxtakarlığların ört-basdır etsin. Neçə ki, iyun 2021-ci ildə Hesablama Palatasının yoxlamaları Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə yoxlamaya gələn zaman, Firdovsi müəllim birbaşa guya, qırma sahələrin yoxlama adıyla durub Masallıya gəldi və onlardan (HP-nın yoxlamalarımdan) xahiş etdi ki, məsələni yoluna qoysunlar və istədiyinə də nail oldu.
Çün ki, Firdovsi Əliyev Əliyevin də Cənub bölgəsində aparılan “meşə soyqırım”ında əli vardır.

Amma bunlar unutmamalıdırlar ki, gec-tez qanun qarşısında cavab verməli olacağlar.

Bunlar elədikləri bu çirkin işlərlə , Ulu Öndər və Onu siyasi xəttinin davamçısı olan cənab Ali Baş komandana qarşı çıxırlar.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …