Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / FHN Şəkidəki vəziyyətlə bağlı məlumat yaydı – 35 nəfər təxliyyə edilib

FHN Şəkidəki vəziyyətlə bağlı məlumat yaydı – 35 nəfər təxliyyə edilib

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb.

Qafqazinfo” xəbər verir ki, iyulun 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. Bu gün 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın