Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Bir fərari çıxıb hökumət əleyhinə fikir söyləyə bilər və nəticədə dəstək alar”

Fazil Mustafa: “Bir fərari çıxıb hökumət əleyhinə fikir söyləyə bilər və nəticədə dəstək alar”

“Bir də görərsən ki, bir fərari çıxıb hökumət əleyhinə bir fikir söyləyə bilər və nəticədə dəstək də alar. Yaxud mənəviyyatı olmayan bir adam çıxıb dini və başqa mövzuda spekulyasiya edərək müəyyən güclərin dəstəyini alar. Cəmiyyət də bunu normal qarşılayar. Bizdə sosial şəbəkə seqmentləri əsasən bunun üzərində qurulub”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, ilk dövrlərdə bu cür məsələlər cəmiyyətdə müəyyən qədər maraq doğurur: “İnandırıcılığı da bəzən kifayət qədər çox olur. Amma dərindən təhlil edəndə sual verirsən ki, niyə məhz indi? Nə üçün bu ölkədə? Hədəf seçilənlər nəyə görə buna tuş gəliblər? Səhəri gün seçkilərdə insanların seçimində dəyişiklik etməyə yönəlik düşünülmüş taktika olması mümkündür. İstənilən halda biz bu məsələdə Türkiyə hakimiyyətinin yanındayıq. Çünki bu iqtidar bizim üçün dəyərli olan ən böyük işi görüb. Azərbaycana Vətən savaşında dəstək verən əsas ölkə olub. Türkiyə cəmiyyətini burada maraqlandıran hansı tərəf varsa, biz onu kənara qoyuruq. Azərbaycanın haqq savaşına sona qədər sahib çıxan, ölkəmizi sona qədər vicdanla dəstəkləyən bir Ərdoğan hakimiyyəti, Türkiyə iqtidarı var. Bu baxımdan normal düşünən hər bir azərbaycanlının mövqeyində dəyişiklik olmamalıdır”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …