Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Fazil Mustafa ADP sədrinə “işverən” dedi: “Müraciətə İrandan olan ağaları da imza atsın…”

Fazil Mustafa ADP sədrinə “işverən” dedi: “Müraciətə İrandan olan ağaları da imza atsın…”

“Çox doğru edib, müraciət edəcək”.

Sfera.az-a açıqlamasında bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə bağlı prezident, Milli Məclis və Ədliyyə Nazirliyinə müraciət edəcəyinə münasibət bildirərkən deputatın özü deyib.

Deputatın sözlərinə görə, bununla S. Cəlaloğlu bir daha özünün savadsızlığı və məqsədsizliyini ortaya qoyacaq: “Bu mövzular diskusiya mövzusudur. Sərdar Cəlaloğlu indiyə qədər “işverən”lik siyasətini necə davam etdiribsə, bundan sonra da davam etdirə bilər. Prezidentə müraciət eməkdə sərbəstdirlər, hər halda Azərbaycan dövlətinin maraqlarını necə qoruduğumuzu çox gözəl bilirlər”.

Sərdar Cəlaloğlunu irançı zehniyyətin daşıyıcısı adlandıran Fazil Mustafa bu zərərli tendensiyaya qarşı bundan sonra da barışmaz olacağını vurğulayıb: “Müraciət etsin, çox gözəl olar. Araşdırdıqda məlum olacaq ki, kim Azərbaycan dövlətini gözləyən təhlükələrə qarşı mübarizə aparır, kimlərsə başqa işlərlə. Müraciəti isə təkcə özü etməsin. İrandan olan ağaları da buna imza atsın və birlikdə hərəkət etsinlər”.

Qeyd edək ki, deputat Fazil Mustafanın Səfəvi dövlətilə bağlı açıqlamaları geniş müzakirələrə səbəb olub. Onun mövqeyinin əleyhdarlarından olan ADP sədri Sərdar Cəlaloğlu isə Fazil Mustafanı təriqətlərarası münasibətləri qızışdırmaqda ittiham edərək deputatın fəaliyyəti ilə bağlı prezidentə, Milli Məclisə və Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …