Ana səhifə / Siyasət / Fəzail Ağamalının rəhbərlik etdiyi partiya GAP-la birləşir?

Fəzail Ağamalının rəhbərlik etdiyi partiya GAP-la birləşir?

“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun qüvvəyə mindikdən sonra Azərbaycanda bir neçə siyasi partiya birləşə bilər.

Fəaliyyəti olmayan, ictimai rəyə təsir etməyən və rəhbəri vəfat etmiş partiyaların daha fəal fəaliyyət göstərən siyasi partiyalara birləşməsi gözlənilir.

Artıq birləşəcək siyasi partiyalardan bir neçəsinin adı məlum olub.

Məlumata görə, Milli Məclisin deputatı Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası (AVP) ilə Ağasif Şakiroğlunun sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) birləşməsi gözlənilir.

Birləşmədən sonra vahid partiyanın rəhbəri isə AVP sədrinin müavini Arzuman Abdulkərimov və ya Ağasif Şakiroğlu ola bilər.

Bunu partiyanın qurultayı müəyyən edəcək.

Həmçinin, əldə etdiyimiz məlumata görə, birləşəcək digər partiyalar isə Azərbaycan Xalq Partiyası ilə Ağ partiya ola bilər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …