Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Fərid Şəfiyev: “Türkiyə-Ermənistan əlaqələrinin inkişafı Azərbaycan üçün də faydalıdır”

Fərid Şəfiyev: “Türkiyə-Ermənistan əlaqələrinin inkişafı Azərbaycan üçün də faydalıdır”

Bir neçə gün əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanla əlaqələrin normallaşmasından danışdı. O, bildirdi ki, bunun üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin ediləcək. Əslində son vaxtlar baş verənlər, o cümlədən kommunikasiyaların açılması barədə danışıqlar Ankara-İrəvan münasibətlərinin yeni mərhələsindən xəbər verir. Bəs, Ankara- İrəvan münasibətləri Azərbaycana necə təsir edəcək?

Suallımızı cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını müsbət dəyərləndirir. O qeyd edib ki, bu əlaqələr Azərbaycan üçün də önəmlidir:

“Bu münasibətlərin normallaşmasını müsbət qiymətləndirirəm. Təbii ki, Azərbaycan da indiki mərhələdə etiraz etmir. Əgər Azərbaycan-Ermənistan istiqamətində proqres əldə olunarsa, Türkiyə-Ermənistan əlaqələrinin inkişafı bizim üçün də faydalı olacaq”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …