Ana səhifə / Siyasət / Fərhad Məmmədov qardaşının həbsindən danışdı

Fərhad Məmmədov qardaşının həbsindən danışdı

“Heç bir problem yoxdur”

Bu gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovun saxlanılması barədə xəbərlər yayılıb.

Ölkə.az hazırda Şanxayda səfərdə olan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla əlaqə saxlayaraq yayılam məlumatlara münasibətini öyrənib:

“Mən bir saat öncə qardaşımla danışmışam. Heç bir problem yoxdur”, – deyə SAM-ın rəhbəri bildirib.

Qeyd edək ki, yayılan xəbərə görə, Fərid Məmmədov mayın 22-də həbs edilib. “Bank Technique”nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın